Azərbaycana gətirilən bu maddələr gömrük rüsumundan azad edilir

İQTİSADİYYAT
17:26 / 13.09.2021
1274

Xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə Azərbaycan və Türkiyədən idxal edilən təchizat və təminat maddələri qarşılıqlı olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edilir.

Bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsində əksini tapıb.

Sənəddə əsasən, ev sahibi ölkə (ESÖ) göndərən ölkənin (GÖ) heyətini ESÖ-nün ərazisinə giriş/ESÖ-nün ərazisindən çıxış zamanı GÖ-nün təlim məqsədilə ESÖ-nün ərazisinə müvəqqəti olaraq idxal edilən təchizat və təminat maddələrini ESÖ ilə bağlanılmış qüvvədə olan beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edir. (report)

0