Azərbaycanın tədiyyə balansının qalığı 1 milyard dolları keçdi

İQTİSADİYYAT
12:31 / 14.09.2021
1687

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon dollarlıq kəsir yaranmışdı.

HİT.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 878,4 milyon dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon dollarlıq kəsir (40,3% az), maliyyə hesabındakı 578,5 milyon dollarlıq kəsir (39% az), balanslaşdırıcı maddələr üzrə 34 milyon dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.

0