Elçin Əliyev Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.
HİT.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı Fərman imzalayıb.
Qeyd edək ki, Elçin Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.