Azərbaycanda ən yüksək maaşı bu sahədə çalışanlar alır - 3207 manat

İQTİSADİYYAT
18:19 / 14.09.2021
1494

2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat təşkil edib.

Hit.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib.

Bildirilir ki, bu gəlirlər 2020-ci ilin müvafiq dövrünə nisbətən cəmi 1,8 faiz artıb.

Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.

1