Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı – VİDEO

İQTİSADİYYAT
23:45 / 16.09.2021
1967

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır.

Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO Aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək. Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, bu reysə bilet almaq istəyənlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilər. 

0
oxu.az