Dünyanın bir çox ölkələrində tviter sosial şəbəkəsinin işində problem yaranıb.
Hit.az xəbər verir ki, bu barədə məşhur internet servislərin fəaliyyətini araşdıran "Downdetector" xidməti məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri əsasən saytın fəaliyyəti və serverə qoşulmada problemlərin yaranmasından şikayət ediblər.
Nasazlıqlar əsasən ABŞ, Kanada, Böyük Britaniya və Almaniyada müşahidə edilir.