Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyindən prezidentə MÜRACİƏT
Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin İdarə Heyyətinin əməkdaşlarından şikayətçi olan Tərtər rayonunda fəaliyyət göstərən “Qarabağ-ER” MMC-nin direktoru, sahibkar Vəli Nəbi oğlu Albəndov digər iş adamları kimi media vasitəsi ilə prezidentən kömək istəyir. Agentlik tərəfindən başına gətirilənlərii ölkə başçısına çatdırmaq istəyən, Tərəqqi Medalı və Əməkdar Mühəndis Fəxri adı verilmiş sahibkar Vəli Albəndovun Prezident İlham Əliyevə və Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciətini olduğu kimi təqdim edirik:
“Sizə yazıb bildirirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin İdarə Heyyətinin bir qrup nümayəndəsi tərəfindən sahibkarlıq fəaliyyətimdə olan qum-çınqıl karxanasına baxış keçirilmiş və qanuni sənədlərimə baxılmışdır.
Lakin bütün hüquqi sənədlərə malik olmağımıza və yerin təkindən istifadə qaydalarına əməl etdiyimizə baxmayaraq, təşkilatımıza şər-böhtan dolu akt tərtib edilmiş və dövlətə zərər vurma adı ilə Gəncə Kommersiya məhkəməsinə şikayət verərək, 542500 (beş yüz qırx iki min beş yüz ) min manat məbləğində çərimə ödəmə tələb edilmişdir. Bununla bərabər “Qarabağ-ER” MMC-nin hüquqi sənədlərinin ləğv edilməsinin tələbini irəli sürmüşlər.
Halbuki mənim sahibkar kimi fəaliyyətim dövründə işlərimizi qanunun tələblərinə uyğun aparmışıq və heç bir qanunsuz işə yol verməmişik.
Nəticədə Gəncə Kommersiya Məhkəməsində 06 sentyabr 2021-ci ildə Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin iddia ərizəsinə baxılmış və geniş hüquqi qaydada müzakirələr və araşdırmalardan sonra, qurumun qanunsuz iddia tələbi ləğv edilmişdir.
Həmçinin Gəncə İnzibati Məhkəməsində də 06 sentyabr 2021-ci il tarixində Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin hüquqi sənədlərimizin ləğv edilməsi haqqında tələbinə baxılmışdır.
Bu məhkəmə orqanı da “Qarabağ-ER” MMC-nin ləğv edilməsi tələbini qəbul etməyib və hüquqi sənədlərin qüvvədə saxlanılmasına qərar vermişdir.
Yuxarıda göstərdiyim kimi, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin qanunsuz və qaydasız hərəkətləri və tələbləri nəticəsində, “Qarabağ-ER” MMC təşkilatına (Sahibkara) çox böyük zərələr dəymiş, maliyyə təsərrüfat fəaliyyətimiz tam pozulmuş, çox sayda 30 (otuz) nəfər işçimiz və müəyyən sayda sürücü və mexanizatorçularımız 7 (yeddi) ay işsiz qalmış və Azərbaycan Respublikası üzrə keçirilən Tenderlərdə iştirak hüququmuzu pozduqları üçün (hüquqi sənədləri ləğv etdikləri üçün) kənarda qalmışıq.
Nəticədə “Qarabağ-ER”-in maliyyə-təsərrüfat fəaliyyətinə, şirkətin nüfuzuna, sahibkarlıq fəaliyyətinə 246000 (iki yüz qırx altı ) min manat zərər vurulmuşdur.
“Qarabağ-ER” MMC təşkilatı yarandığı gündən dövlət proqramlarında və tapşırıqlarında fəal iştirak etmişdir. Təşkilatımızın tikdiyi və təhvil verdiyi dörd müxtəlif obyektib açılışında şəxsən ölkə başçısı İlham Əliyev də iştirak etmiş, gördüyümüz keyfiyyətli işlərin nəticəsi kimi təşkilatın rəhbəri olaraq məni - Albəndov Vəli Nəbi oğlunu müxtəlif vaxtlarda "Tərəqqi Medalı" və "Əməkdar Mühəndis" Fəxri ada layiq görmüşdür.
Buna görə də indi əsassız səbəblər üzündən külli miqdarda zərərə uğradılan və fəaliyyəti iflic vəziyyətinə salınan şirkətimizlə bağlı Prezidentimdən kömək istəyir, ədalətin bərqərar olmasına inancım böyük olduğu üçün Agentliyin belə fəaliyyətinə qanunla qiymət verilməsini rica edirəm…”
Hit.Az