Ölkədə sənədi olmayan evlərdən bələdiyyələrin vergi toplamaq hüququnun olub-olmaması geniş müzakirə edilən məsələrdən biridir.
HİT.az xəbər verir ki, millət vəkili Kamran Bayramov İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində məsələyə belə izah verib:
"Əgər vətəndaşın əmlak üzərində mülkiyyət hüququ mövcuddursa, yalnız o halda əmlak vergisi hesablanıb tutula bilər. Çıxarışı olmayan vətəndaşlardan pul yığılmazı düzgün deyil".