"Azərsu" ASC 3 şəhərin (Şəki, Qax və Biləsuvar) su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə tenderləri yekunlaşdırıb.
Qalib şirkətlər “Euroline” QSC, "Nort Vest Konstrakşn” MMC və “Təmir Tikinti İstehsal" MMC-dir.
"Azərsu" “Euroline” QSC ilə məbləği 22 milyon 828 min 327 manat, "Nort Vest Konstrakşn” MMC ilə məbləği 7 milyon 597 min 998 manat, “Təmir Tikinti İstehsal" MMC ilə məbləği 6 milyon 495 min 292 manat olan müqavilə imzalayıb.
İmzalanmış 3 müqavilənin cəmi məbləği 36 milyon 921 min 617 manatdır.//Bizim.Media