Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” ilə əlaqədar tender müsabiqəsi keçirib.
Hit.Az yeniavaz-a istinadla xəbər verir ki, ümumi dəyəri 16 milyon 909 min manat olan tenderin qalibi 7 şirkət olub.
Bu şirkətlər Gəncə, Tərtər, Füzuli, Cəbrayıl, Naftalan, Ağcabədi, Goranboy, Beyləqan, Mingəçevir, Ağdam və Bərdədə təmir və bərpa işləri görəcəklər.
Ayrılan vəsait şirkətlər arasında aşağıdakı kimi bölünüb:
“İnşaat Servis-2” MMC (VÖEN – 1001716061) – 2 milyon 170 min 500 manat
“Az-Caspian Construction” MMC (VÖEN – 1200409991) – 3 milyon 490 min 300 manat
“Real-İnşaat” MMC (VÖEN – 3400157541) – 2 milyon 950 min 200 manat
“Az Graft Construction” MMC (VÖEN – 6200389011) – 3 milyon 118 min 700 manat
“Parlaq-N” MMC (VÖEN – 5400938581) – 2 milyon 35 min 100 manat
“Rabitəinşaat” ASC (VÖEN – 1500090621) – 2 milyon 113 min 400 manat
“Conco” QSC (VÖEN – 1403054601) – 1 milyon 30 min 800 manat
Tenderin qalibi olan həmin şirkətlərdən vergi borcu olanlar var:
“Az-Caspian Construction” MMC-nin 177 manat 21 qəpik vergi borcu var.
“Az Graft Construction” MMC-nin 92 min 745 manat 89 qəpik vergi borcu var.
“Parlaq-N” MMC-nin 673 manat 87 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.