Sosial yardımlar artırılır - MƏBLƏĞ

İQTİSADİYYAT
14:11 / 27.10.2021
2558

Xəbər verildiyi kimi, Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat həddində müəyyən edilib.

Belə ki, ehtiyac meyarının həddi 17% artırılacaq. 

Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

Məlumat üçün bildirək ki, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. 

Yəni, sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur. 

Məsələn, 3 nəfərdən ibarət ailənin orta aylq gəliri 450 manat təşkil edirsə, o zaman  2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 600 (200x3) manat təşkil edir. Bu halda ailəyə 150 (600-450) manat məbləğində yardım təyin edilir.

0
Yeniavaz.com