“Volvo Cars” bu gün Belçikanın Gent şəhərindəki istehsal müəssisəsində özünün ən son elektrik modeli olan “C40 Recharge”ın istehsalına başlayıb.
“C40 Recharge” “Volvo Cars”-ın tam elektrik olan ikinci avtomobilidir və yaxın illərdə satışa çıxarılacaq yeni tam elektrikli avtomobillər seriyasının sonuncusudur. 2030-cu ilə qədər “Volvo Cars” avtomobil sənayesində ən iddialı elektrikləşdirmə strategiyalarından biri olan yalnız tam elektrikli avtomobillər satmağı qarşısına məqsəd qoyub. O, həmçinin 2040-cı ilə qədər iqlimə qarşı neytral şirkət olmağı hədəfləyir.
Şirkətin ən böyük zavodlarından biri olan Gent zavodu “Volvo Cars”-ın tam elektrikləşdirməyə keçidində novator rolunu oynayır. O, həmçinin şirkətin kompakt yolsuzluq avtomobilinin tam elektrik versiyası olan XC40 Recharge və “Volvo Cars”-ın ilk tam elektrik modelini istehsal edir. “Volvo Cars” Gent zavodunda elektrik avtomobillərinin gücünü kəskin şəkildə artıraraq, ildə 135 000 avtomobilə çatdırır.
Şirkətin sənaye əməliyyatları və keyfiyyət üzrə baş vitse-prezidenti Javier Varela qeyd edib ki, "C40 Recharge gələcəyimizi təmsil edən avtomobildir".
“Bizim istehsalat əməliyyatlarımız və təchizatçılarımızla sıx əməkdaşlığımız elektrikləşdirmə və iqlim neytrallığında gələcək ambisiyalarımıza nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. Gent zavodumuz tam elektrikli gələcək üçün qurulmuşdur və gələcək illər üçün qlobal sənaye şəbəkəmizin mühüm hissəsi olacaqdır".
C40 Recharge, Volvo Cars-ın tullantısız gələcəyə dair ambisiyalarının ən son təzahürüdür. Şirkət qarşıdakı illərdə bir neçə əlavə elektrik modelini satışa çıxaracaq və 2030-cu ilə qədər tam elektrikə keçməzdən əvvəl, qlobal satış həcminin 50%-nin 2025-ci ilə qədər tam elektrikli avtomobillər olmasını planlayır.
Şirkətin yeni biznes strategiyasının flaqman avtomobili olan C40 Recharge-ı volvocars.com saytından onlayn olaraq dünyanın seçilmiş bazarlarında əldə etmək olar. Müştərilər öz evlərində otura-otura sifariş verə və ya pərakəndə satış məntəqəsinə onlayn sifariş verə bilərlər.
Müştərilər yeni C40 Recharge aldıqda, o, xidmət, zəmanət, yolkənarı yardım, həmçinin sığorta və evdə enerji doldurma seçimlərinndən ibarət rahat texniki xidmət paketi ilə gələcək.
C40 Recharge, SUV-nin üstünlüklərini təklif edir, lakin daha zərif dizayna malikdir. C40 Recharge-ın arxa hissəsi aşağı örtük xətti ilə uyğunlaşan heyrətamiz dizayna malikdir, yeni ön dizaynda isə elektrikli “Volvo” üçün yeni üz və qabaqcıl piksel texnologiyası ilə faralar mövcuddur.
İçəridə C40 Recharge müştərilərə əksər Volvo sürücülərinin üstünlük verdiyi hündür oturacaq yeri verir, eyni zamanda o, modelə xas rəng və dekorasiya seçimləri ilə birlikdə təqdim olunur.
XC40 Recharge kimi, C40 Recharge bazarda Google ilə birgə hazırlanmış və Android əməliyyat sisteminə əsaslanan ən yaxşı məlumat-əyləncə sistemlərindən biri ilə gəlir. O, istehlakçılara Google Assistant, Google Maps və Google Play kimi inteqrasiya olunmuş Google tətbiqləri və xidmətlərini təqdim edir.
Limitsiz məlumat üstün əlaqə imkanı verir və C40 Recharge, proqram yeniliklərini hava vasitəsilə qəbul etmək üçün nəzərdə tutulub. Bu o deməkdir ki, zavoddan çıxdıqdan sonra zaman keçdikcə təkmilləşməyə davam edəcək.
Hərəkət gücü 78 kVt-saatlıq akkumulyatorla təchiz edilmiş, biri öndə, biri arxa oxda olmaqla iki elektrik mühərrikindən ibarətdir və bu, təxminən 40 dəqiqə ərzində 10%-dən 80%-ə qədər sürətlə doldurula bilir. Təxminən 440 km məsafə qət edə bilir.