Bayram günlərində hansı banklar çalışacaq? (SİYAHI)

İQTİSADİYYAT
12:25 / 06.11.2021
1154

Nazirlər Kabineti 2021-ci il üçün təsdiqlədiyi təqvimə əsasən cari ilin 8 noyabrı Zəfər Günü və 9 noyabrı Bayraq Günü olduğundan və bu iki qeyri-iş günü həftənin ilk iş günlərinə təsadüf etdiyindən 4 gün ardıcıl qeyri-iş günü olmayacaq.

Hit.az xəbər verir ki, Banker.az bayram günlərində işləyən bankların siyahısını araşdırıb. Banklardan bildirilir ki, şənbə və bazar günləri adi qaydada çalışacaq. Yəni, hansı banklarda əvvəllər filialları şənbə və bazar çalışırdısa, bu həftə sonları da bu qaydada fəaliyyətlərini davam etdirəcəklər. Məsələn ABB açıqlayıb ki, bayram günləri ilə əlaqədar 6 noyabr tarixində 09:00-dan 18:00-a kimi aşağıda qeyd olunan xidmət göstərəcəklər: Bakı-Abşeron üzrə: Sumqayıt, Sabunçu, Səbail, Nərimanov, Nizami, Nəsimi, Yasamal, Əcəmi və Xırdalan; Regionlar üzrə: Gəncə, Şəki, Mingəçevir. 7 noyabr tarixində isə 10:00-dan 16:00-a kimi aşağıdakı filiallarında yalnız təqaüd kartınızı təhvil ala biləcəklər: Xətai, Nizami, Sabunçu və Yasamal. Bayram günlərində isə 6 bankın çalışacağı bəlli oldu. Siyahıda "Günay Bank” şöbələri yalnız valyuta mübadiləsi əməliyyatlarını həyata keçirəcək. 8 və 9 noyabrdakı bayram günlərində çalışan bankların siyahısı:

0