2022 və 2023-cü illərdə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə proqnozlaşdırılan pensiyaların məbləği açıqlanıb.
HİT.az xəbər verir ki, bu, Hesablama palatasının “Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”ində öz əksini tapıb.
Növbəti il üzrə orta aylıq pensiya məbləğinə dair Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ilin əvvəlində orta aylıq pensiya məbləğinin 341,6 manat ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2% artaraq 366,2 manat olacağı proqnozlaşdırılır.
Başqa sözlə, cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 40,5 manat (12,2%), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 38,0 manat (14,6%) və ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği isə 34,8 manat (13,2%) artacağı gözlənilir.