Şuşa internetlə təmin edildi

İQTİSADİYYAT
12:49 / 08.11.2021
651

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom” MMC Şuşa şəhərində mövcud müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib.

Nazirlikdən Hit.az-a verilən məlumata görə, artıq şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.

Hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.

Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş şəhərdə müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub.

0