Hərbçilərin maaşları artırılacaq - RƏSMİ

İQTİSADİYYAT
14:40 / 11.11.2021
1500

"Hərbi qulluqçuların maaşlarının artırılması nəzərdə tutulub”.

HİT.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bununla bağlı dövlət büdcəsində müəyyən artımlar var. Hesab edirəm ki, əhəmiyyətli artımlar olacaq”, - nazir bildirib.

0