Dövlət büdcəsinin qalığı 50 milyon manata düşdü

İQTİSADİYYAT
20:36 / 15.11.2021
1176

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 20 234,2 milyon manat, xərcləri isə 20 184,7 milyon manat təşkil edib.

Hit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,1% çox və 2,6% azdır. Son nəticədə büdcədə 49,5 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda büdcə qalığı 159,7 milyon manat olub.

0