Ölkə üzrə orta aylıq əməkhaqqı artıb

İQTİSADİYYAT
13:09 / 16.11.2021
1222

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 723,2 manat təşkil edib.

Hit.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, orta aylıq əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 183,2 manat, qeyri neft-qaz sektorunda 673,5 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,4 manat, özəl müəssisələrdə isə 820,1 manat olub.

0