"Gələn il böyük bir paket həyata keçiriləcək. Əməkhaqları 8 faizdən çox artırılacaq. İnflyasiya isə 4 faiz olacaq”.
HİT.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.