Azərbaycanda alış-verişdə nağd hesablaşmaya dörd min manat limit qoyulur

22:41 / 22.11.2021
1509

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında iştirak edib.

Xidmət rəsmisi deputatların qaldırdığı məsələlər əsasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihələrində edilən dəyişikliklər barədə məlumat verib.

Bundan başqa, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.

“Nağdsız hesablaşmalar haqqında” qanunda isə pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.

0