Bu ölkələrdən idxala qadağa qoyuldu

22:56 / 02.12.2021
1554

Rusiyanın Başqırdıstan Respublikasında nodulyar dermatit, Fransanın O-de-Frans regionunda, Xorvatiyanın Sisaçko-Moslavaçka inzibati ərazi vahidində, İranın Ərdəbil əyalətində, Macarıstanın Haydu-Bihar və Sabolç-Satmar-Bereq inzibati ərazi vahidlərində, İngiltərənin Cənub-Qərbi İngiltərə, Şərqi Midland və Şimali Yorkşir regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

HİT.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rusiyanın Başqırdıstan Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Fransanın O-de-Frans regionundan, Xorvatiyanın Sisaçko-Moslavaçka inzibati ərazi vahidindən, İranın Ərdəbil əyalətindən, Macarıstanın Haydu-Bihar və Sabolç-Satmar-Bereq inzibati ərazi vahidlərindən, İngiltərənin Cənub-Qərbi İngiltərə, Şərqi Midland və Şimali Yorkşir regionlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyadan, Fransadan, Xorvatiyadan, İrandan, Macarıstandan və İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

0