EKONOMİKS
10:05 / 06.12.2021
1276

Əhməd Əhmədzadənin oğlu Çexiyada daha bir şirkət açdı - FOTOLAR

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə Çexiyada üçüncü şirkətini qeydiyyatdan keçirib.

HİT.az xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Cümə Əhmədzadə bir neçə gün əvvəl Çexiyanın Budyonovsk Regional Məhkəməsində "Resort Hurka s.r.o." şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də "Resort Hurka s.r.o."ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir.

Qeyd edək ki, Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.

6