Azərbaycanda məşhur şirkət ləğv olunur

İQTİSADİYYAT
12:36 / 21.12.2021
2228

Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC (VÖEN: 0700007111) ləğv olunduğunu elan edib. 

Bu barədə məlumat “Vergilər” qəzetində yayımlanıb. 

Məlumatda bildirilir ki, “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin bütün hüquq və öhdəliklərini təhvil aktı üzrə “Veysəloğlu” MMC-yə (VÖEN: 0700159551) ötürülür. 
Qeyd edək ki, “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC 26.04.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon manat olan MMC-nin qanuni təmsilçisi Sərdərov Vüqar Ziyatxan oğludur. 

Şirkətdən verilən məlumatda bildirilir ki, 1994-cü ildə Aydın Veysəloğlu və İlqar Talıbov tərəfindən təsis edilən “Veysəloğlu” şirkəti yarandığı ilk illərdə yalnız Türkiyədən qida məhsullarının idxalı ilə məşğul olub. 1997-ci ildə Türkiyənin  Iğdır şəhərində ixracat və topdansatışla məşğul olan “Yaycılı Kardeşler” şirkətinin təsisçisi İshak Yaycılı şirkətə ortaq olub. 
Məlumat üçün bildirək ki, “Ulduz” Şokalad Fabriki, ARAZ, OBA və SPAR supermarketəri kimi tanınmış markaların sahibi olan “Veysəloğlu” şirkətlər qrupunun sahibi olan Aydın Talıbov 1965-ci ildə Naxçıvan MR-nin Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat  Universitetində davam etdirib. 2018-ci ildə Azərbaycanın iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.  

2019-cu ilin mart ayında "Veysəloğlu" Şirkətlər Qrupu ləğv olunan Vergilər Nazirliyi tərəfindən 2 milyon manat cərimə olunub. Lakin, şirkət rəhbərliyi Vergilər Nazirliyinin yazdığı cərimə ilə razılaşmayaraq, yenidən araşdırma aparılması üçün nazirliyə şikayət məktubu ilə müraciət edib.

Bundan başqa  2019-cu ildə Nizami rayon məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında “Veysəloğlu - Yaycılı Qardaşlar” MMC-ni (“Ulduz” Şokolad Fabriki) təxminən 150 min avro cərimə edib. //Yeniavaz.com

0