Avropada qazın qiyməti tarixi rekord vurdu

İQTİSADİYYAT
22:57 / 21.12.2021
697

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 2 100 ABŞ dollarından yuxarı olub.

HİT.az xəbər verir ki, Londonun "İCE Futures” birjasında keçirilən hərracda TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2 107 ABŞ dolları səviyyəsində ticarəti başa vurub.

Beləliklə, qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.

Qeyd edək ki, Avropada qazın qiymətinin sürətlə artması səhər saatlarından başlayıb. Bu günün rekord qiyməti isə 2190,4 ABŞ dolları təşkil edib.

0