Türkiyə Mərkəzi Bankından valyuta satışı ilə bağlı - Açıqlama

İQTİSADİYYAT
23:34 / 21.12.2021
1397

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı türk lirəsi əmanətləri ilə valyuta satışı barədə Mərkəzi Bank (TMB) açıqlama verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, açıqlamada tenderlə bağlı təqvimin ictimaiyyətlə paylaşılacağı bildirilib.

“İxracatçı və idxalçıların məzənnə riskini idarə etmələri üçün Bankımızda və Birja Bazarında (VİOP) hərraclar vasitəsilə lirə ilə hesablaşmaqla hissəli valyuta satışı həyata keçiriləcək. Bir və üç ay müddətlə keçiriləcək lirə ilə hesablaşmalı hissəli valyuta satışı hərraclarının təqvimi ictimaiyyətlə paylaşılacaq və şirkətlər bu hərraclarda banklar vasitəsilə iştirak edə biləcəklər.

Bundan əlavə, ixracatçı və idxalçı şirkətlər VİOP-da həyata keçirəcəkləri valyuta alış tələblərini banklar vasitəsilə Valyuta Bazarları Müdirliyinə göndərə biləcəklər”, - açıqlamada qeyd olunub.

0