Azərbaycana 80 mindən çox avtomobil idxal edilib

09:05 / 23.12.2021
1202

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 81 726 avtomobil idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,47 faiz çoxdur.

Hit.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə idxal olunan avtomobillərin 76 348-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur.

Azərbaycan bu ilin on bir ayı ərzində 10 və daha çox sərnişintutumlu 213 avtomobil, 153 elektromobil və 11 464 hibrid avtomobil idxal edib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,2 faiz artaraq 5 024 ədəd təşkil edib.

Keçid
Hədiyyəniz Optimal
Azərbaycan bu dövr ərzində 835,376 milyon dollar məbləğində avtomobil idxal edib.

0