Kredit faizlərinin yüksək olması əhalinin aztəminatlı təbəqəsini xüsusilə narahat edən ciddi problemlərdən biridir. Böyük faizlə verilən kreditlər istehlakçını çətin vəziyyətə salır, kreditin geri qaytarılmasını çətinləşdirir. Nəticədə problemli kreditlərin sayı da durmadan artır.
Qonşu ölkələrlə müqayisədə kredit faizlərinin yüksək olmasının səbəblərini ekspertlərlə müzakirə etdik. Həmçinin şəhər sakinləri də narahatlıqlarını Qaynar TV vasitəsilə dilə gətirdilər.