2021-ci ildə təchizat məhdudiyyətlərinə baxmayaraq, “Volvo Cars” ümumi satış payını 5,6% artıraraq, 698 693 avtomobilə çatdırdı.
“Volvo”-nun tam elektrikli “Recharge” modellərinin satışı 2020-ci ilə nisbətən 2021-ci ildə 63,9% artmaqla, şirkətin 2021-ci ildə ümumi satış həcminin 27%-ni təşkil edib.
Onlayn qaydada satılan Volvo avtomobillərinin sayı isə 2020-ci il ilə müqayisədə 2021-ci ildə 316% artıb. Bu artım istehlakçı tələbinin artması və digər bazarlarda təklifin artması ilə əlaqədardır.
Şirkət dekabr ayında 64,436 pərakəndə çatdırılma qeydə alıb ki, bu da 2020-ci ilin eyni ayına nisbətən 18,1% azalma deməkdir. Nəticəyə, komponentlərin əhəmiyyətli dərəcədə davamlı çatışmazlığı təsir göstərdi ki, bu da istehsala və nəticədə müştərilərə tədarükə öz təsirini göstərdi
Dekabrda satılan bütün yeni “Volvo” avtomobillərinin demək olar ki, 40%-i “Recharge” modelləri olub ki, onların da 7,4%-i tam elektriklə işləyən avtomobillərin payına düşüb. Avropada “Recharge” avtomobillərinin payı təxminən 60 faiz olduğu halda, ABŞ-da ümumi satış həcminin təxminən 30 faizini təşkil edib.
Qlobal miqyasda XC60, 2021 - ci ildə şirkət üçün ən çox satılan model olmağa davam edir, şirkət il ərzində 215.635 (2020: 191.696) model avtomobil satıb. XC40, 201 037 avtomobil satışı ilə ikinci yerdədir (2020: 185 406), XC90 isə 108 231 avtomobillə (2020: 92 458) ən çox satılan üçüncü modeldir.
Satış göstəricilərində artım Azərbaycan bazarından da yan keçməyib. “Volvo Cars”-ın Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, 2020-ci il ilə müqayisədə 2021-ci ildə Azərbaycanda satış rəqəmlərində 41% artım qeydə alınıb.
“Qeyd etmək lazımdır ki, bu kifayət qədər ciddi rəqəmlərdir. Nəzərə alsaq ki, bu ildən etibarən Azərbaycan avtomobil bazarına gətiriləcək hibrid və elektrikli avtomobillərə vergi siyasətində güzəştlər olacaq, ehtimal etmək olar ki, 2022-ci ildə bu rəqəmlər bir qədər də artacaq.” – deyə şirkət rəsmisi bildirib.