"Bank Standard"ın daha bir əmlakı hərraca çıxarılacaq

İQTİSADİYYAT
13:47 / 08.01.2022
1164

Yanvarın 26-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Bank Standard" QSC-nin balansındakı daha bir daşınmaz əmlakın satışı üzrə açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Gəncənin Nizami rayonunun Mirzə Abbas Abbaszadə küçəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 70,2 kv.m yaşayış və 27,1 kv.m köməkçi sahəyə malik əmlakdan gedir. Ona 150 min manat qiymət qoyulub.

0