Xəbər verildiyi kimi,Türkiyə iyundan başlayaraq daxili və xarici təyyarə reyslərini bərpa edəcək.
Türk Hava Yollarının məlumatına görə, iyun 4-dən etibarən daxili, 10 iyundan etibarən isə xarici reyslərin bərpası nəzərdə tutulur. Artıq bəzi mənbələr müntəzəm aviareyslərin başlayacağı tarixləri açıqlayıb.
Siyahını təqdim edirik:
1. Kipr - 1 iyun
2. Bəhreyn 10 iyun
3. Bolqarıstan 10 iyun
4. Qətər 10 iyun
5. Yunanıstan 10 iyun
6. Almaniya 15 iyun
7. Аvstriya 15 iyun
8. Аzərbaycan15 iyun
9. Çexiya 15 iyun
10. İsveçrə 15 iyun
11. Yaponiya 15 iyin
12. Şimali Makedonaiya 15 iyun
13. Litva 15 iyun
14. Macarıstan 15 iyun
15. Polşa 15 iyun
16. Rumıniya 15 iyun
17. Serbiya 15 iyun
18. Niderland 20 iyun
19. Qazaxıstan 20 iyun
20. Аlbaniya 22 iyun və s.
Türkiyə 71 ölkənin yer aldığı siyahıda ancaq Gürcüstanla bağlı istisna edib. Belə ki, bu ölkəyə reyslər 15 iyulda bərpa olunsa da, ancaq Gürcüstan vətəndaşları üçün keçərli olacaq.
Ermənistanla isə hava nəqliyyatı daha gec- 1 avqustda bərpa olunacaq. ABŞ-a təyyarə reyslərinin 1 sentyabrda bərpası planlaşdırılır. Bu plan ancaq qaşrı tərəfin də müsbət rəyindən sonra icraya yönəldiləcək.