Milyonluq “Gilan Holding” 100 manatlıq şirkətə çevrildi

İQTİSADİYYAT
16:49 / 11.01.2022
1893

“Gilan Holding” MMC-nin 100 milyon manata yaxın olan nizamnamə kapitalı 100 manata qədər azaldılıb.

Banker.az xəbər verir ki, holdinqin nizamnamə kapitalı indiyə qədər 98 483 064 manat olduğu halda, hazırda 100 manata qədər azaldıb. Halbuki 2019-cu ildə holdinqin nizamnamə kapitalı 395 850 678 manata qədər artırılmışdı.

“Gilan Holdinq” 2005-ci ildən dövlət qeydiyyatındadır. Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərirdi.

Qeyd edək ki, 2021-ci ildə “Gilan” brendi ilə fəaliyyət göstərən 8 şirkət adını başqa ada dəyişməli olub. Ötən il sentyabrın sonu  “Gilan Agricultural Internatıonal” MMC adını  “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə dəyişmişdilər.

Sentyabrın əvvəlindən isə “Gilan Cotton and Grain” MMC “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC  şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC ilə bazarda çıxış edirlər.

Hazırkı və 20 gün öncəki adları çəkilən şirkətlər Bakı Şəhəri Xətai Rayonu, Babək pr., ev 8, məh. 1130/1133, m. 70 hüquqi ünvanında qeydiyyatdadırlar.

Şirkətlərin qanuni təmsilçisi isə Günel Qafarova Vilayət qızıdır.

Bu 2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və ən əsası isə may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər.

Qeyd edək ki, adıçəkilənlərin bir neçəsi “Gilan Holding” MMC ilə eyni – Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466 ünvanına qeydiyyata alınmışdılar.

2