Banklar dolların alış qiymətini qaldırdı, satışı sabit qaldı

İQTİSADİYYAT
13:34 / 12.01.2022
2348

"Banklar dolların alış qiymətini qaldırıblar. Alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir”.
 
HİT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib.
 
Ekspert bunun səbəbinin FED-in qərarı ilə əlaqəli olmadığını deyib:

"İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Araşdırmaq lazımdır. Maraqlıdır ki, satış bahalaşmayıb”.

0