2450 manatdan obyektlər, 1500 manatdan avtomobillər satışa çıxarılır - FOTO

İQTİSADİYYAT
18:30 / 14.01.2022
1583

15 fevral tarixində 24 dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən HİT.az-a verilən məlumata əsasən, bunlardan 11-i kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 12-i isə nəqliyyat vasitəsidir.

Bu dəfə də hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət baxımından çoxçeşidlidir. Belə ki, ilkin satış qiyməti 2 450 manat və 102 500 manat aralığında olan əmlaklar Mingəçevir, Şəmkir, Balakən, Xızı və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2009-cu illər arasında dəyişir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin satış qiyməti 1500 manatdan başlayır və 7000 manata qədər artır.

0