İrəvan-İstanbul uçuş bileti: 65 dollar, Bakı-İstanbul isə... – Ekspert fərqi şərh edir

İQTİSADİYYAT
12:40 / 17.01.2022
1749

Azərbaycanda uçuş qiymətlərinin baha olmasının bir səbəbi var. Bu da AZAL-ın inhisarçı mövqeyi və onun törəmə şiktəti olan BUTA-nın uçuşlarda böyük üstünlüyə malik olmasıdır”.

HİT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İstanbul-İrəvan reysində bir sərnişinin gediş qiymətinin 65 dollara başa gələcəyindən danışarkən deyib.
 
Ekspert bildirib ki, Azərbaycan ərazisindən həyata keçirilən uçuşların 99 %-nə bu iki şirkət nəzarət edir:

“Onların inhisarçılığı qiymətin diktə olunmasına səbəb olur. Qiymətlərin baha olmasının səbəblərindən biri də həm də yerüstü xidmətlərin AZAL-ın əlində olmasıdır.  Yəni yerüstü xidmətlərə də AZAL diqtə edir, demək olar ki, xarici şirkətləri ölkəyə buraxmır, çox böyük çətinliklər yaradır. Yəni rəqabətsizlik mühitünün olması Azərbaycanda uçaq biletlərinin baha olmasının ən böyük səbəbidir. Rəqabət olsa, qiymətlər də enər”.

Natiq Cəfərli hesab edir ki, həm Gürcüstanda, həm Ermənistanda birbaşa xarici şirkətlərin bazarlarda fəaliyyət göstərməsi üçün imkanlar və şərait var:

“Ona görə həmin istiqamətlərdə qiymətlər daha ucuzdur”.

Qeyd edək ki, Bakı-İstanbul reysinin bilet qiymətləri (18 yanavara olan) ekonom və biznes olmaqla 273 - 742 manat (160.5 – 436 dollar) aralığında dəyişir.

0