Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilən güzəştli ipoteka kreditləri ilə bağlı araşdırmanı təqdim edir. Güzəştli ipoteka krediti kimlərə verilir? Hansı banklar güzəştli kredit verir? Bu kreditin şərtləri nələrdir?
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:
Gənc ailənin (Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu : 1.0.3. gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn) üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.
Qeyd:Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
Güzəştli ipoteka krediti verən banklar:
ABB
Azər Türk Bank
Bank Avrasiya
Bank BTB
Bank Respublika
Bank VTB Azərbaycan
Expressbank
Günay Bank
Kapital Bank
Muğanbank
Naxçıvanbank
PAŞA Bank
Rabitəbank
TuranBank
Unibank
Xalq Bank
Yapı Kredi Bank Azərbaycan
Yelo Bank
Banker.az