“Ştutqart” mağazalar şəbəkəsindən işdən çıxan 64 nəfərin ümumilikdə 76 min manatlıq əməkhaqqı qalığının verilməməsi ilə bağlı şikayətlərə aydınlıq gətirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da “Report”un sualına cavab olaraq bildirib ki, hazırda həmin müraciətlə bağlı araşdırma davam edir.
Onun sözlərinə görə, sənədlərin Dövlət Xidmətinə təqdim olunması üçün işəgötürənə müraciət edilib: “Nəticələr barədə məlumat veriləcək”.