Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Lifttəmir” İstehsalat Birliyinin tabeli qurumu olan "Baklift-1” və "Baklift-2” İxtisaslaşdırılmış İstehsalat idarələrinin külli miqdarda vergi borcu var.
Qaynarinfo xəbər verir ki, "Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin bu günə olan vergi borcu 1 060 121.93 AZN, "Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin isə 1 587 330.59 AZN təşkil edir.
Yeri gəlmişkən, bir neçə il əvvəl "Baklift-1”in rəisi Tariyel Qasımov və "Baklift-2”nin rəisi Üzeyir Aslanov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tariyel Qasımova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), Üzeyir Aslanova qarşı isə 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
2021-ci ildə hər iki şəxsə hökm oxunub. Tariyel Qasımova il 5 il 6 ay, Üzeyir Asalanova isə 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunaraq cəzaları şərti hesab edilməklə 1 il sınaq müddəti müəyyən edilib.