Rusiyaya İLK ZƏRBƏ: Rəsmən dayandırıldı

İQTİSADİYYAT
15:42 / 22.02.2022
5268

Almaniya Şimal Axını 2 layihəsinə lisenziyanın verilməsi prosesini dayandırıb.

Bu barədə Almaniya hökuməti açıqlama yayıb. 

Bildirilir ki, Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıması Almaniyanı belə qərar qəbul etməyə məcbur edib. “Rusiyanın həmləsindən sonra Şimal Axını 2 layihəsinə icazə verilə bilməz” - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Şimal Axını 2 rus təbii qazının Almaniyaya daşınmasını nəzərdə tutur. //Metbuat.az

0