"Azərbaycanda 52 mindən artıq ticarət subyektində yeni nəsil kassa aparatları quraşdırılıb. Bu il bütün obyektlərin həmin aparatlarına təmin edilməsini hədəfləmişik”.
HİT.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.
“Qarşımızda duran əsas hədəf mövcud olan və kifayət qədər uğurlu fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir. Bu sahədə əsas məqsədlərdən biri vergi idarəetməsini sürətlə rəqəmsallaşdıraraq onun vergi ödəyiciləri üçün rahatlığını təmin etməkdir. Rəqəmsallaşma süni intelelktə əsaslanan texnologiyanın tətbiqi ilə bizneslə münasibətdə unikal imkanlar yaradır. Yeni nəsil kassa aparatlarının tətbiqi bu imkanlardan biridir", - deyə Xidmət rəisi qeyd edib.