Neftin qiyməti səkkiz illik rekordu yenilədi

İQTİSADİYYAT
23:08 / 01.03.2022
1877

Brent markalı neftin qiyməti 2014-cü ilin avqustundan bəri ilk dəfə olaraq 106 dolları ötüb.

Londonun ICE birjasında 2022-ci ilin may ayında tədarük ediləcək Brent markalı neftin fyuçers müqaviləsinin dəyəri 8,31% artaraq bir barel üçün 106,11 dollar təşkil edib.

Ukrayna müharibəsi fonunda qiymətin daha da artacağı istisna edilmir.

0