Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq 765,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 2934,5 manat, qeyri-neft-qaz sektorunda 723,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 709,3 manat, özəl müəssisələrdə isə 832,2 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.