Azərbaycan karateçisinin Ukraynadakı məşqçiləri müharibəyə qoşuldu

İQTİSADİYYAT
09:30 / 17.03.2022
1734

Azərbaycanın Ukrayna əsilli qadın karateçisi İrina Zaretskanın məşqçiləri Rusiya ilə müharibəyə qoşulub.

"Report"un məlumatına görə, bu barədə 26 yaşlı idmançı özünün şəxsi instaqram hesabından paylaşım edib.

68 kq çəki dərəcəsində çıxış edən idmançı dostlarının və karate məşqçilərinin vətəni qoruduğunu bildirib. "Gəlin, karate ailəmizə dəstək olaq".

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan İrina Zaretska həm də 68 kq çəkidə 2 qat dünya və Avropa çempionudur. O, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğuda 2021-ci ilin ən yaxşı idmançısı seçilib.

0