Sahil Babayevdən islahat: 22 Ərazi Məşğulluq filialı ləğv olundu

İQTİSADİYYAT
14:00 / 24.03.2022
4368

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində yenidən struktur islahatları aparılacaq.

Qaynarinfo-nun eksklüziv məlumatına görə,  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 22 şəhər və rayon üzrə Ərazi Məşğulluq filialı ləğv olunub. Bunun yerinə 14 ərazi üzrə yeni qurum yaradılıb.
Ətraflı

Yeni qurumlar Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq qurulacaq.

Qeyd edək ki, 2020-ci ilin iyul ayında nazir Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum - Ərazi Məşğulluq filialları yaradılmışdı. 

İqtisadi rayonlar üzrə bögünü təqdim edirik:

Bakı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Bakı şəhəri);

Naxçıvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

Abşeron–Xızı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

Dağlıq Şirvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

Qarabağ iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

Qazax–Tovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

Quba–Xaçmaz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

Lənkəran–Astara iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

Mərkəzi Aran iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

Mil–Muğan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

Şəki–Zaqatala iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

Şirvan–Salyan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

0