2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı 40,7 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (27,9 milyon dollar) 45,8 faiz daha çoxdur.
Bu barədə Trend Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir.
2022-ci ilin hesabat dövründə Gürcüstandan Azərbaycana təkrar ixrac edilən avtomobillərin sayı 7,2 faiz artaraq 4292-dən 4601-ə çatıb.
Beləliklə, Azərbaycan 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan əsas avtomobil idxalçıları arasında birinci yerdədir. Azərbaycandan sonra Qazaxıstan (7,4 milyon dollar) və Ukrayna (6,8 milyon dollar) gəlir.
Bununla yanaşı, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan avtomobillərin təkrar ixracı 72,5 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (49,9 milyon dollar) 45,2 faiz çoxdur.