Pakistan Milli Bankının Bakı filialına yeni direktor təyin edilib.
"Report" xəbər verir ki, bu, Pakistan vətəndaşı Şeyx Əhtsəm Əhməddir.
O, filialın rəhbərliyində Azərbaycan vətəndaşı Sahib Quliyevi əvəz edib.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.