Pərakəndə ticarətdə üztanıma ilə ödənişlər tətbiq olunur

İQTİSADİYYAT
21:18 / 19.04.2022
1240

Bu il may ayının 1-dən etibarən paytaxtın pərakəndə satış şəbəkələrinin birində “SmilePay” üztanıma texnologiyası ilə ödənişlərin tətbiqinə başlanılacaq.

Bu barədə Hit.az-a "SmilePay" MMC-dən bildirilib.
Qeyd olunub ki, ilkin olaraq biometrik ödəniş üsulu “Bravo Supermarketlər” şəbəkəsində mövcud olacaq. Növbəti mərhələdə üztanıma texnologiyası ilə ödənişlər digər müxtəlif ticarət obyektlərində də tətbiq ediləcək.
Xidmətin göstərilməsi ilə əlaqədar "SmilePay" MMC-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq lisenziya verilib.
Ödəniş etmək üçün "SmilePay" tətbiqindən istifadə olunmalıdır. İstifadəçi tətbiqdə qeydiyyatdan keçərək üzünü skan edərək tanıtmalı və kartını əlavə etməlidir. Üztanıma təsdiqləndikdən sonra hesabda olan kart məlumatları əsasında ödəniş üçün sorğu göndərilir. Uğurlu ödəniş başa çatdıqda kassa aparatına ödənişlə bağlı məlumat göndərilir.

0