"Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.
"Report”un xəbərinə görə, bunu Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında, qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) yoxlamalara başlanılıb: "Aparılan yoxlamaların nəticələrinə dair məlumatlar veriləcək”.