Builki büdcə qalığı 3 milyarda çatır

İQTİSADİYYAT
19:55 / 17.05.2022
1006

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 687,6 milyon manat, xərcləri isə 8 168,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Hit.az-a verilən məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8% və 8,5% çoxdur.

Son nəticədə büdcədə 2 518,9 milyon manat qalıq yaranıb.

0