Bakıda baha qiymətə torpaq sahəsi satışa çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Elana əsasən, paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsində (keçmiş Teymur Əliyev) yerləşən 7 sot torpaq sahəsi satılır. Əraziyə nə az, nə çox 6 milyon 800 min manat qiymət qoyulub.
Bildirilib ki, xüsusi mülkiyyətdə olan ərazinin “kupça”sı da var. Sahə villa, otel, bank, klinika və digər obyektlərin tikintisi üçün əlverişli yerdədir.
Qeyd edək ki, torpaq sahəsinin 1 sotu təxminən 971 min manat təşkil edir.