Azərbaycan neftinin yeni qiyməti

İQTİSADİYYAT
09:18 / 27.05.2022
888

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti cüzi bahalaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,94 ABŞ dolları və ya 2,39% aartaraq, 125,75 dollar təşkil edib.

Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 117,55 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0